Afinada ABŞ bayrağı yandırılıb
Yunanıstan paytaxtında yüzlərlə adam Vaşinqton və onun müttəfiqlərinin Suriyaya qarşı hücumu əleyhinə etiraz askiyası keçirərək ABŞ bayrağını yandırıb.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, bu aksiya dünən Afinanın Sintaqma meydanında baş tubub.
Bazar ertəsi də minlərlə etirazçı Afinada ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hücumlarına öz etirazlarını bildiriblər və Amerikanın bayrağını yandırıblar. Aksiyaçılar Amerikanın keçmiş prezidenti Herri Tromanın heykəlini aşırmağa səy göstəriblər və bunun nəticəsində polis ilə qarşıdurma baş verib və 3 nəfər xəsarət alıb.
Yunanıstan mediyaları bildiriblər ki, bazar ertəsi baş tutan etiraz askiyası ölkə paytaxtından başlayan və Suriyaya hücum edən ölkələrin səfirliklərinədək davam edən 3-cü aksiya olub.
Amerika, Fransa və Britaniya 14 apreldə Dumaya qarşı iddia olunan kimyəvi hücumu bəhanə edərək Suriyaya hücum etdilər.