Ermənistan polisi onlarla aksiyaçını həbs edib
Ermənistan paytaxtı İrəvanda polis sabit prezidenti serj serkisiyanın baş nazir təyini olunmasına qarşı etirazların 7-ci günündə onlarla aksiyaçını həbs edib.
FransPress-in verdiyi məlumata görə, aksiyaçılar son günlərdə etiraz aksiyaları keçirərək serkisiyanın hakimiyyətdə qalmaq cəhdlərini pisləyiblər.
Düən də 16 minə yaxın insan İrəvanın Respublika meydanında mitinq keçirərək Serkisiyanın baş nazirliyinə qarşı ümumölkə kampaniyanın davam etdirilməsini vurğulayıblar. Serkisiyan çərşənbə axşamı parlament tərəfindən baş nazir təyin edildi.
2015-ci ildə Ermənistan Konstitusiyasına əlavə və dyişikliklər əsasında bu ölkə parlament sisteminə keçdi və innən belə prezidentin səlahiyyətləri formal xarakter daşıyır və əsas güc baş nazirin əlində olacaq.
Müxalifətə görə konstitusiyaya dəyişiklik sadəcə Rusiya adamı olan Sarkisiyanı hakimiyyətdə saxlamaq məqsədi ilə həyata keçmişdir . 2008-ci ildən bəri Ermənistanda hakimiyyətdə olan keçmiş ordu zabiti Serkisiyan 2007-2008-ci illərdə də baş nazir postunda olub.