Apr 20, 2018 11:17 Asia/Baku
  • On minlərlə fransalı Makronun siyasətlərinə qarşı aksiya keçirib
    On minlərlə fransalı Makronun siyasətlərinə qarşı aksiya keçirib

Fransa vətəndaşlarının bu ölkə prezidentinin siyasətlərinə qarşı geniş aksiyaları nəticəsində onlarla nəfər yaralanıb və ya həbs olunubdur.

Fransanın media mənbələrinin bildirdiklərinə görə, dünən keçirilən aksiyada təkcə Parisdə səkkiz nəfər yaralanıb və onlardan birinin vəziyyəti ağırdır. İki nəfər də Paris aksiyalarında həbs olunubdur.

Makronun siyasətlərinə qarşı aksiyalar Fransanın 133 şəhərində keçirilib və yerli mənbələrin bildirdiklərinə görə, bu aksiyalarda onlarla nəfər yaralanıb və ya həbs olunubdur.

Tələbələr, ictimai iaşə xidməti bölməsinin əsəbiləşmiş işçiləri, eləcə də dəmiryolu sektorunun tətilçi fəhlələrindən on minlərlə nəfər dünən bütün Fransa boyu bu ölkənin prezidenti Emmanuel Makrona qarşı aksiya keçirib.

Parisdə, eləcə də Lion və Marsel kimi digər şəhərlərdə əllərində plakatlar tutmuş minlərlə nəfər Makrona qarşı şüarlar verərək, aksiya keçiribdir.

Tənqidçilər Makronu ictimai xidmətləri zəiflətməyə çalışmaqda ittiham edirlər. Onlar deyirlər ki, Makron qarşıdakı beş ildə bu sektorda 120 mindən çox iş yerini ləğv etmək niyyətindədir.

Etirazçılar vurğulayırlar ki, dövlət ümumi daxili məhsula bərabərlik edən borclarını azaltmağa çalışır.

Teqlər