Almaniyada 500 kiloluq bomba aşkar edilib
İkinci dünya savaşında partlamamış bir bombanın aşkar edilməsi Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzi məntəqələrinin bəzi hissələrinin boşladılması ilə nəticələnib.
Almaniya mediaları bildiriblər ki, Berlin şəhərində yerləşən mərkəzi dəmiryolu vağzalının yaxınlığında ikinci dünya savaşında partlamamış bir bomba aşkar edilib və onun ətrafındakı məntəqələr boşaldılıbdır.
Zərərsizləşdirmə işi davam edən bu 500 kiloluq İngiltərə bombası "Hayd Ştraş" küçəsində aşkar edilib və polis 800 metrlik radiusadək yerləşən bütün binaların boşaldılması barədə göstəriş veribdir.
Bu məlumata görə, bir neçə bina, o sıradan mərkəzi dəmiryolu vağzalı, iqtisadiyyat nazirliyi, federal kəşfiyyat xidməti, həmçinin İndoneziya və Özbəkistan səfirlikləri boşaldılıbdır.
Ötən həftə də bomba zərərsizləşidirlməsi üzrə ekspertlər Paderborn şəhərində aşkar edilmiş bir tam onda səkkiz tonluq İngiltərə bombasını zərərsizləşdirməyə müvəffəq oldular.