Çin və Cənubi Koreya Pxenyanın qərarını alqışladılar
https://azeri.sahartv.ir/news/dünya-i303354-Çin_və_cənubi_koreya_pxenyanın_qərarını_alqışladılar
Çin və Cənubi Koreya Pxenyanın nüvə və ballistik raket sınaqlarının dayandırılması üzrə qərarını alqışlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 21, 2018 12:08 Asia/Baku
  • Çin və Cənubi Koreya Pxenyanın qərarını alqışladılar
    Çin və Cənubi Koreya Pxenyanın qərarını alqışladılar

Çin və Cənubi Koreya Pxenyanın nüvə və ballistik raket sınaqlarının dayandırılması üzrə qərarını alqışlayıblar.

Çinin Xarici İşlər Nazirliyi Pxenyanın nüvə və ballistik raket sınaqlarını dayandırmaq üzrə qərarının Koreya Yarımadasındakı gərginliyin azalmasına səbəb olacağını və nüvə tərksilahının reallaşmasına imkan yaradacağını deyib.

Cənubi Koreya da Pxenyanın bu qərarını müsbət qarşılayıb və bunu Koreya Yarımadasının nüvə tərksilahı üzrə mühüm addım adlandırıb.

Seul həmçinin Şimali Koreyanın bu qərarının ölkə başçılarının görüşünə müsbət təsir buraxacağını deyib.