Apr 23, 2018 19:58 Asia/Baku
  • Sarkisyan istefası ilə bağlı bəyanat yayıb
    Sarkisyan istefası ilə bağlı bəyanat yayıb

Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:

“Əziz həmvətənlər.

Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz “Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm.

Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm.

Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm.

Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”.

Ermənistan parlamentinin deputatı, müxalifət partiyasının lideri Nikol Paşinyan azadlığa buraxılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

Xatırladaq ki, S. Sarkisyanın baş nazir seçilməsinə etiraz məqsədilə aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb.

 

 

 

Teqlər