Apr 25, 2018 15:47 Asia/Baku
  • Oskanyan: Hökumət xalqın əlindədir
    Oskanyan: Hökumət xalqın əlindədir

Ermənistanın sabiq xarici işlər naziri deyib: Vətəndaşların tələbinə boyun əymək lazımdır. Belə olmadığı halda, bu reallığa etinasızlıqda hazırkı hökumət məsuliyyət daşıyacaq.

Robert Koçaryanın prezidentliyi dövründə xarici işlər naziri olmuş Vartan Oskanyan deyib: Heç kimə sirr deyil ki, hökumət xalqın əlindədir və vətəndaşların tələbinə baş əymək lazımdır. Belə olmadığı halda, bu reallığa etinasızlıqda hazırkı hökumət məsuliyyət daşıyacaq.

Oskanyan deyib: Təbii ki, xalqın tələbi konstitusiya çərçivəsində icra olunmalıdır. Lakin hökumət bu prosesin nəticələrinin vətəndaşların tələbi ilə uyğun olduğuna zəmanət verməlidir.

Ermənistandakı son olaylara münasibət bildirən sabiq nazir deyib: Etiraz edən vətəndaşların tələbi bir şəxslə məhdudlaşmır. Bu etiraz iqtidarın inhisarda olduğu, ədalətsizliyin mövcud olduğu bütün sistem əleyhinədir.

Röyters İnformasiya Agentliyi Ermənistan polis məmurlarının İrəvanın mərkəzində etiraz aksiyalarının başlandığı yerdə olduqlarını bildirib.

Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan deyib: Hökumətə müxalif etirazçıların lideri Nikol Paşniyan xalqın seçimi olarsa, onlar onu seçə bilərlər. (Vətəndaşlar seçkilərdə ona səs verə bilərlər).

Ermənistan prezidenti çərşənbə günü bildirib: Ölkədə siyasi böhranın həlli üzrə müzakirələr bu gün başlayacaq.

Teqlər