Apr 26, 2018 09:17 Asia/Baku
  • BMT TŞ nümayəndələri Myanmanın Raxin vilayətinə gedirlər

Myanma dövlətinin yüksək səviyyəli rəsmilərindən biri deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ruhinca didərginləri böhranının fəsadlarını müşahidə etmək istəyən nümayəndə heyəti Myanmaya səfər edərək Raxin vilayətinə baxış keçirəcək.

Adı açıqlanmayan Myanma dövlətinin rəsmilərindən biri dünən Frans Press-ə bildirib ki, BMT TŞ nümayəndələri aprelin 30-da Naypidauya daxil olacaq və sonrası gün Raxinə gedəcəklər. 

2017-ci ildə Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı başladılan növbəti repressiyalardan bəri bu ilk dəfədir ki, BMT TŞ səviyyəsində bir heyət böhranın yaşandığı Raxin vilayətinə baxış keçirir. 

Teqlər