Arizonada minlərlə müəllim ayağa qalxdı
Apr 27, 2018 11:26 Asia/Baku
Amerika Birləşmiş Ştatlarında iş şəraitinin ağırlığı və maaşların az olmasına etiraz olaraq minlərlə müəllim aksiya keçirib.
Röytersin məlumatına görə, aksiya Arizona ştatının Funiks şəhəri küçələrində keçirilib.
Etirazçılar Nümayəndələr Palatasının etinasızlığını tənqid atəşinə tutaraq bu ştat və Qərbi Virciniya, Oklahoma və Kentakki ştatlarında müəllimlərin ağır vəziyyətinin araşdırılmasını tələb ediblər.
Aksiyaçılar təhsilin maliyyə ehtiyatlarının təmin olunması və müəllimlərin maaşlarının artırılmasını istəyiblər. Çünki onların qənaətincə, 2008-ci ildən mövcud ehtiyatlar artırılmayıb və dəstəklər də dayandırılıb.
Mart ayında da Qərbi Virciniya ştatında dövlət məktəblərinin minlərlə müəllimi aksiya keçirmişdi.