Apr 27, 2018 12:35 Asia/Baku
  • ABŞ Nümayəndələr Palatası İran əleyhinə layihəni təsdiqləyib
    ABŞ Nümayəndələr Palatası İran əleyhinə layihəni təsdiqləyib

ABŞ Nümayəndələr Palatası insan haqlarının pozulması ilə bağlı əssasız bəhanə ilə İran əleyhinə qanun layihəsinin lehinə səs verib.

Sky Newsun məlumatına görə, Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin dörd üzvü İran əleyhinə layihə veriblər. Bu layihə ABŞ 410 lehinə və iki əleyhinə səslə təsdiqlənib. 

Bu layihəyə əsasən, İranda insan haqlarının pozulması bəhanəsi ilə, eləcə də Amerika vətəndaşlarının həbsində rolu olan şəxslər cəzalandırılacaqlar. 

Bu qərarda ABŞ prezidentindən istənilib ki, bu qərara qüvvəyə mindiyi vaxtdan 270 gün ərzində İranda insan haqlarının pozulmasında rolu olan şəxslər haqda hesabat hazırlayaraq əlaqədar komitəyə versin. 

ABŞ Dövlət Departamenti 21 apreldə insan haqları haqda illik hesabatında İrana qarşı qərəzli ittihamlar irəli sürüb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi ABŞ Dövlət Departmanetinin dünyada insan haqlarının vəziyyəti və İran əleyhinə irəli sürülən ittihamlara reaksiyada deyib: ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatı qərəzli, siyasi xarakterlidir və rədd olunur. 

Teqlər