Apr 27, 2018 21:26 Asia/Baku
  • Makron qalmaqallar girdabında
    Makron qalmaqallar girdabında

Fransa prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri Avropada o qədər də müsbət əks olunmayıb. Avropalılar, xüsusilə də bu qitənin zəif ölkələri Makrondan Avropa və Amerika arasında aktivləşməkdə olan vulkana bənzər ticarət savaşını zəiflədə biləcəyini gözləyirdilər.

Makronun Corc Vaşinqton Universitetində qlobal problemlərin həlli üzrə proqramlarından danışdığı vaxtda, Fransa daxilində onun siyasətlərinə qarşı dörd həftə ardıcıl olaraq tələbə etirazları bəzi universitetlərin fəaliyyətini dayandırıb və kurs imtahanlarını naməlum bir zamana saxlayıb.

Elə bu arada Fransa mediaları Makronun ABŞ-a səfərini qalmaqallı və hay-küylü səfər, Makron cütlüyü və həyat yoldaşı Brejit üçün şəxsi uğur kimi qiymətləndiriblər.

Kanadanın Toronto şəhərindən yazar və jurnalist Culiya Liştblu Le Fiqaro qəzeti ilə müsahibədə deyib: Makronun Trampla dostluğu və səmimiliyinin hətta bir saniyə belə davam etməsinə inanmıram. Çünki Tramp Fransanı həmişə təhqir edən iyrənc şəxsiyyətdir.

Fransız siyasətçi deyib: Makron bu görüşlərdə irəlilətdiyi siyasətlərdə dəyişikliklər etmişdi. Demək olar ki, yarım-məğlub gündəliyə və yarımçılıq uğura malik olmuşdur.

İndi Fransa prezidenti Parisə döndükdən sonra, etirazlar dalğası və ictimai narazlıqlarla qarşılaşmalıdır. Özü də prezidentliyinin birinci ilinin tamam olduğu bir vaxtda.

Odoksa statistika müəssisəsinin apardığı rəy sorğusunun nəticəsinə görə, Fransa vətəndaşlarının 78% -nin fikrincə, bu ölkə hökumətinin siyasətləri sahibkarlar və sərmayə sahiblərinin mənafeyini təmin edir.

Proqram aparıcısı deyib: Görəsən Makron varlıların prezidentidir?

Fransanın sabiq prezidenti Olland isə cavab verib: Xeyir, doğru deyil. O böyük milyarderlərin prezidentidir.

Quru və hava nəqliyyatında tətil aksiyaları bir müddətdir ki, davam edir. Əlaqədar sindikatlar və birliklərin tənzimlədiyi proqramlara əsasən, bu tətil aksiyaları may və iyun aylarında da davam edəcək.

 

Teqlər