Apr 29, 2018 14:55 Asia/Baku
  • Rusiya səfirliyin köçürülməsi haqda ABŞ-a xəbərdarlıq etdi

Rusiya hökuməti ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürüldüyü halda vəziyyətin daha da gərginləşməsi haqda xəbərdarlıq edib.

Rusiya əl-Youm televiziyasının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda xəbərdarlıq edib ki, may ayında səfirliyin Qüdsə köçürülməsi üzrə rəsmi şənliyin keçirilməsi ilə bağlı ABŞ hökumətinin qərarını nəzərə alaraq, vəziyyətin gərginləşməsi ehtimal olunur.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ səfirliyinin Qüdsə köçürüldüyü halda, fələstinlilər və israillilər arasında böhranın şiddətlənməsi haqda nigaranlıq edib.

Rusiya XİN Qəzzənin vəziyyəti haqda da bütün tərəfləri təmkinli olmağa, vəziyyətin gərginləməsi və Qəzzə və İsrail arasında irimiqyalsı silahlı qarşıdurmaların baş verməsinə səbəb olacaq işlərdən uzaq qalmağa çağırıb.

ABŞ prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə regional və beynəlxalq etirazlara rəğmən, Qüdsü sionist rejimin paytaxtı elan etdi və ABŞ Dövlət Departamentindən səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görməsini istədi.

Bunun ardınca BMT Baş Assambleyası 21 dekabr 2017-ci ildə Qüdsə dəstək qətnaməsi təsdiqlədi. Qətnaməyə əsasən BMT Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq.

Teqlər