Ruhinqalı didərgin müsəlmanlar etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i305004-ruhinqalı_didərgin_müsəlmanlar_etiraz_aksiyası_keçiriblər
Banqladeşdə yerləşən ruhinqalı didərgin müsəlmanlardan minlərlə nəfər BMT-nin Təhlükəsizlik Şurasından göndərilmiş heyət qarşısında aksiya keçirərək, öz problemlərinin həllni istəyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2018 05:15 Asia/Baku
  • Ruhinqalı didərgin müsəlmanlar etiraz aksiyası keçiriblər
    Ruhinqalı didərgin müsəlmanlar etiraz aksiyası keçiriblər

Banqladeşdə yerləşən ruhinqalı didərgin müsəlmanlardan minlərlə nəfər BMT-nin Təhlükəsizlik Şurasından göndərilmiş heyət qarşısında aksiya keçirərək, öz problemlərinin həllni istəyibdir.

"Kakas bazar" düşərgəsinə toplaşmış aksiyaçılar BMT-nin Təhlükəsizlik Şurasından istəyiblər ki, onların Banqladeşdə yerləşdikləri məkan nəzərdən keçirilsin.

Ruhinqalı didərgin müsəlmanların düşərgələrinin şəraiti olduqca acınacaqlıdır və 900 min ruhinqalı didərgin müsəlmanın təqribən 200 min nəfəri son dərəcə kövrək bir şəraitdə yaşayır.

Myanmada ordu qüvvələrinin və ekstremist buddistlərin 2017-ci ilin 25 avqustunda başladıqları Ruhinqa müsəlmanlarına qarşı geniş cinayətləri nəticəsində indiyədək minlər nəfər ölüb və ya yaralanıb, yüz minlərlə nəfər də didərgin düşübdür.