Apr 30, 2018 14:50 Asia/Baku
  • Paşinyan baş nazir olmağa hazır olduğunu bildirib
    Paşinyan baş nazir olmağa hazır olduğunu bildirib

Ermənistan müxalifətinin lideri öz tərəfdarlarından on minlərlə nəfərin qarşısında bu ölkənin baş nazirilik vəzifəsini qəbul etməyə hazır olduğunu bildirib.

Ermənistan parlamentində səsvermə ərəfəsində müxaliflərin lideri Nikol Paşinyan bildirib ki, tam agahlıqla Ermənistan baş naziri məsuliyyətini qəbul etməyə hazırdır.

Bu seçkilər elə bir halda sabah keçirilməlidir ki, "Çiçəklənən Ermənistan" partiyası onun namizədliyinə öz qətiyyətli dəstəyini elan edibdir.

Dünən gecə Paşinyanın himayədarlarından on minlərlə nəfər İrəvanın baş meydanına toplaşaraq, onun seçkilərə namizədliyini istəyibdir.

Hakim respublikaçılar partiyasından bir namizədin irəli sürülməməsinə və Paşinyan üçün bir rəqibin olmamasına görə, o, bu səsvermənin yekun qalibi kimi tanınır.

Ötən bazar ertəsi günü hakim partiya tərəfindən baş nazirliyə seçim olan Serj Sarkisyan əsas qanunda dəyişikliklər aparıb, öz vəzifəsini prezidentlikdən baş nazirliyə dəyişdikdən bir həftə sonra geniş etirazlara görə, kənara çəkilməyə məcbur oldu.

Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan da müxaliflərin növbədənkənar seçkiləri boykot edəcəkləri ilə hədələmələrindən sonra istefa verməyə məcbur oldu.

Teqlər