May 02, 2018 08:23 Asia/Baku
  • İngiltərə fəhlə icması Londonun Suriyaya müdaxiləsini pisləyib

Londonda fəhlə icması və mülki fəallar aksiya keçirərək, İngiltərənin Suriyaya müdaxiləsini pisləyiblər.

İngiltərədə anti-müharibə və vətəndaş cəmiyyətləri fəalları, həmkarlar ittifaqlarının üzvləri və fəhlələrdən yüzlərlə nəfər ümumdünya əmək günü münasibətilə aksiya keçirərək, Londonun Suriyadakı militarist siyasətlərini pisləyib.

Aksiya iştirakçıları İngiltərənin Suriyaya hərbi müdaxiləsini pisləyib və Vaşinqtona qarşı şüarlar veriblər.

Ümumdünya əmək günü münasibətilə keçirilən aksiyanın iştirakçıları həmçinin İngiltərənin Avropa Birliyindən çıxması və hakim mühafizəkarlar partiyasının sərt iqtisadi siyasətləri ilə müxalifət ediblər.

Teqlər