Trampın sağlamlıq arayışının saxta olması barədə detallar ifşa olunub
ABŞ prezidentinin şəxsi həkimi ifşa edib ki, onun sağlamlıq durumu barədə yayılmış arayış saxta olubdur.
Son zamanlar ifşa edilib ki, Trampın şəxsi həkimi Harold Bornsteynin yazdığı və Amerika prezidentinin sağlamlığını "son dərəcə ali" adlandırdığı arayış saxta olubdur.
Harold Bornsteyn bildirib ki, Trampın öz sağlamlığını sübut etmək üçün seçki rəqabətlərində yaydığı saxta arayışı o yazmayıb və Tramp bütün mətni şəxsi həkiminə diktə edib və deyibdir ki, onda nələr yazılsın.
Məlumatlara görə, 2016-cı ildə və Donald Trampın sağlamlığının sübut edilməsi üçün mediaların təzyiqlərinin tətbiq edilməsindən sonra o, öz həkimindən bu arayışın yayılmasını istəmişdi.
ABŞ prezidentinin psixoloji sağlamlıq durumu barədə bəhs bu günlər bu ölkənin daxili və xaricində mühüm bir mövzuya çevrilibdir.
Demokratlardan tutmuş medialaradək geniş bir spektri əhatə edən Trampın tənqidçiləri bu qənaətdədirlər ki, Amerika prezidenti ruhi və prisoxoloji tarazlığa və prezidentlik və silahlı qüvvələrin baş komandanlığı səlahiyyətinə malik deyildir.