May 03, 2018 11:48 Asia/Baku
  • Londonun şimalında partlayış
    Londonun şimalında partlayış

Britaniya paytaxtı London şəhərinin şimalında partlayış nəticəsində azı 30 nəfər yaralanıb.

Britaniya Kütləvi İnformasiya Vasitələri London şəhərinin şimalında Stamford Hilldə keçirilən tədbirdə partlayışın baş verdiyini bildiriblər. 

Bu tədbirdə bəzi iştirakçıların öz smartfonlarını tonqalın içinə atması nəticəsində partlayışlar baş verib. 

Bu partlayışla əlaqədar başqa versiyalar da irəli sürülüb. Belə ki, partlayışa səbəb yanar maddələrin tonqala atılması olub. 

London rəsmiləri hələlik bu hadisə haqda açıqlama verməyiblər və bu haqda araşdırmalar davam edir. 

Teqlər