May 03, 2018 18:55 Asia/Baku
  • Şimali Koreya lideri nüvə tərksilahına sadiq qaldığını vurğulayıb

Şimali Koreya lideri Çin xarici işlər naziri ilə görüşdə Pxenyanın Koreya yarımadasında nüvə tərksilahına sadiq qaldığını bildirib.

Röytersin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In cümə axşamı günü Çin xarici işlər naziri Vanq İ ilə Pxenyanda görüşdə deyib: Koreya yarımadasındakı son müsbət dəyişikliklər sülhməramlı həll yolu üçün çox faydalıdır. 

Çin Xarici İşlər Nazirliyi bu görüşdən sonra bir bəyanatda bildirib: Koreya yarımadasında nüvə tərksilahını əldə etmək Pxenyanın əsas seçimi sayılır. 

Çin xarici işlər naziri də bildirib: Şimali Koreya lideri müzakirələri qənimətli fürsət hesab edir və müsbət dəyişikliklər ardıncadır. 

Şimali Koreya lideri Kim Çen In ötən ay Pxenyanda Cənubi Koreya rəsmiləri və Çin prezidenti Si Tsinpinlə Pekində görüşdə nüvə tərksilahı üzrə öhdəlik götürüb. 

Şimali Koreya lideri may ayının sonları və ya iyun ayının əvvəllərində ABŞ prezidenti Donald Trampla görüşməlidir. 

Teqlər