May 03, 2018 19:59 Asia/Baku
  • 5+1 qrupu liderlərinin fövqəladə iclası

Münhen Təhlükəsizlik Konfransının rəhbəri təklif edib ki, ABŞ prezidenti Donald Tramp nüvə sazişindən çıxdığı halda 5+1 qrupunun liderləri Avropa Birliyi ilə fövqəladə iclas keçirsinlər.

Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger cümə axşamı günü Almaniya televiziyası ilə müsahibədə deyib: Belə bir toplantının keçirilməsində önəmli nüans budur ki, nüvə sazişi sayəsində Rusiyanın iştirakı ilə G 7 qrupuna bənzər iclas təşkil olunsun.

İşinger əlavə edib: Nüvə sazişinin kənarında Ukrayna və Suriya məsələləri haqda da belə iclasın keçirilməsinə təcili ehtiyac vardır.

Münhen Təhlükəsizlik Konfransının rəhbəri ABŞ-ı nüvə sazişində qalmağa çağırıb, Vaşinqtonun bu sazişdən çıxmasını yanlışlıq adlandırıb və bildirib: Almaniya hökuməti digər iştirakçılarla hər halda nüvə anlaşmasını qorumalıdır.

İşinger sionist rejim baş naziri Benyamin Netanyahunun bazar ertəsi gecə nüvə sazişi əleyhinə təbliğat şousu haqda da deyib: Netanyahu tərəfindən irəli sürülən məsələlər yeni məsələ deyil və nüvə sazişini ləğv etmək üçün səbəb ola bilməz.

ABŞ prezidenti bildirir ki, nüvə sazişi  haqda nəzərdə tutduğu iddialı nöqsanlar 12 maya qədər aradan qaldırılmazsa, sazişdən çıxacaq.

Röyters informasiya agentliyi məlumatlı dairələrə əsasən yazıb: Trampın nüvə sazişindən çıxmaq üzrə qərar verməsi anı yaxınlaşıb. Lakin hələ də ondan necə çıxacağı dəqiq bəlli deyil.

Teqlər