Mak Keyn Trampın rəftarlarını tənqid edib
-
Mak Keyn Trampın rəftarlarını tənqid edib
Amerikalı respublikaçı senator Con Mak Keyn bu ölkənin prezidenti Donald Trampı diktatorların himayədarı adlandırıb.
Con Mak Keyn diktatorları himayə etməsi, mediaları etibardan salması, insan haqlarına göz yumması və mühacirləri təhqir etməsinə görə, ABŞ prezidentini məzəmmət edib.
Amerikalı respublikaçı senator deyib: Trampı tərifləsəniz, onun dostu kimi qalacaq, yox əgər tənqid etsəniz, onun düşməni sayılacaqsınız.
Demokratlardan tutmuş medilaradək olan Trampın tənqidçiləri bu qənaətdədirlər ki, Amerika prezidenti psixoloji tarazlığa malik deyil və onun bu ölkənin prezidenti və silahlı qüvvələrinin baş komandanı olmaq səlahiyyəti yoxdur.
Belə bir halda, Amerikada çıxan "Naksoyl Nyus" qəzeti yazıb ki, Amerikanın mühacirlərlə rəftarı alçaqcasına, utancgətirici, zalımcasına, qeyri-insani və şər mahiyyətli bir rəftardır.