ABŞ-da kənarlaşdırma serialı davam edir
Vaşinqtonda kənarlaşdırmaların davamında FBI-ın sabiq rəisinin iki baş müşaviri öz vəzifəsindən istefa verib.
CNN bir məlumatlı mənbəyə istinadla bildirib ki, FBI-ın sabiq rəisi Ceyms Kominin baş müşaviri Liza Peyc və onun müavini Andro Mak Kib dünən istefa veriblər.
Digər bir məlumatlı mənbə isə bildiribdir ki, Ceyms Kominin baş müşavirlərindən olan Ceyms Beyker istefa veribdir.
O, 2014-cü ilin yanvarında da FBI-ın baş vəkili seçilmişdi.
Liza Peyc FBI-ın üzvlərindən və Donald Trampın müxaliflərindən olan Peter Sterzoka mesajlar göndərdikdən sonra dəfələrlə tənqidlərə məruz qalmışdı.
Tramp 2017-ci ilin mayında Ceyms Komini Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi iddiasına və Hillari Klinton işindəki fəaliyyətinə görə, FBI-ın rəisliyindən kənarlaşdırdı.