Rus rəsmi: Netanyahu ƏMTP-ni pozan bir fakt təqdim etməyib
Hakim Vahid Rusiya partiyasının Ali Şurasının üzvü deyib: Amerika nüvə sazişindən çıxacağı ilə hədələməklə bu razılaşmadan İrana qarşı təzyiq vasitəsi kimi faydalanmaq istəyir.
İRNA-nın verdiyi məlumata görə, Rusiyanın xarici siyasətinin araşdırma müəssisəsinin icraçı direktoru bu gün nüvə sazişindən çıxmağın Amerikaya yenidən İrana qarşı sanksiyalar tətbiq etməsinə imkan yaradacağını bildirərək deyib: Amerika sadəcə İrana qarşı sanksiyalara başlamaq üçün bəhanə axtarır.
Vronika Kraşinikova sionist rejimin baş naziri Benyamun Netanyahunun ötən həftəki şovsuna toxunaraq deyib: Təqdim olunan sənədlər 15 il öncəyə aiddir və bir çox ölkələr xüsusiylə Avropa başçıları Netanyahunun iddialarına reaksiyada bildirdilər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək 10 hesabatda İranın ƏMTP-yə sadiq qaldığını təsdiqləyib.