Stefan Dyujarrik: BMT nüvə sazişini dəstəkləyir
https://azeri.sahartv.ir/news/dünya-i306366-stefan_dyujarrik_bmt_nüvə_sazişini_dəstəkləyir
Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyib: BMT Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) dəstəkləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 05:41 Asia/Baku
  • Stefan Dyujarrik: BMT nüvə sazişini dəstəkləyir
    Stefan Dyujarrik: BMT nüvə sazişini dəstəkləyir

Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyib: BMT Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) dəstəkləyir.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Stefan Dyujarrik ƏMTP-nin diplomatik nailiyyət olduğunu bildirib və deyib: Dünyanın sabitliyinin mühafizəsi üçün bu beynəlxalq razılaşma lazımdır. 

Çinin Birləşmiş Mİllətlər Təşkilatındakı səfiri Şi Jonqcun da dünən Pekinin nüvə razılaşmasını dəstəklədiyini bir daha vurğulayaraq ƏMTP-nın qorunub-saxlanılmalı olduğuna təkid edib. 

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da dünən bildirib ki, Amerika da daxil bütün tərəflər ƏMTP-yə sadiq qalmalıdırlar.