Hil: Amerika xalqının əksəriyyəti ABŞ-ın nüvə sazişində qalmasını istəyir
May 08, 2018 21:30 Asia/Baku
-
Hil: Amerika xalqının əksəriyyəti ABŞ-ın nüvə sazişində qalmasını istəyir
Hil jurnalının son rəysorğularına görə, Amerika xalqının əksəriyyəti ölkəsinin İranla imzalanmış nüvə razılaşmasında qalmasını istəyir.
Hil jurnalı yazır: ABŞ prezidenti Donald Tramp Obama dövründə əldə olunmuş nüvə razılaşması barədə öz qərarını bildirmək üçün hazırlaşarkən, son rəysorğularının nəticələri göstərir ki, Amerikada əksəriyyət bu ölkənin İranla nüvə sazişində qalmasının tərəfdarıdır.
CNN tərəfindən yayılan SSRS müəssisəsinin həyata keçirdiyi rəysorğusuna əsasən ABŞ xalqının 63 faizi Amerikanın nüvə sazişindən çıxmamasını vurğulayıb. Sadəcə 29 faiz bu sazişdən çıxmağın tərəfdarıdır və 8 faiz də bu barədə fikir bildirməyib.