May 09, 2018 20:07 Asia/Baku
  • Nyu-Yorker jurnalı: Trampın qərarı Amerika şirkətləri və fəhlələrinin ziyanınadır
    Nyu-Yorker jurnalı: Trampın qərarı Amerika şirkətləri və fəhlələrinin ziyanınadır

Nyu-Yorker jurnalı yazıb: Amerika prezidentinin nüvə sazişini tərk etmək qərarı amerikan şirkət və fəhlələrin ziyanınadır.

Nyu-Yorker jurnalı bir reportajda yazıb: Buinq kimi amerikan şirkətlər Trampın qərarından ziyan görəcəklər. Buinq və AirBus şirkətlərinin Trampın qərarı nəticəsində düçar olduqları ziyanın miqdarı 40 milyard dollardan ibarətdir və bu iki şirkətin İrana sərnişin təyyarə satışı dayandırılacaq. 

Buinq şirkəti İranla nüvə sazişi imzalandıqdan sonra İranla 20 milyard dollarlıq müqavilə bağladı. 

Amerikanın ƏMTP-dan çıxması bu müqavilənin ləğvinə və bu şikətin həmin məbləğdə ziyanına səbəb olacaq. 

Airbus şirkəti də İranla 20 milyardlıq müqavilə imzaladı və Trampın qərarından sonra bu müqavilə də ləğv olacaq. 

 

Teqlər