ABŞ nümayəndələr palatasının üzvü Trampın impiçment edilməsinə çağırıb
https://azeri.sahartv.ir/news/dünya-i306688-abŞ_nümayəndələr_palatasının_üzvü_trampın_impiçment_edilməsinə_çağırıb
ABŞ nümayəndələr palatasının üzvü təklif edib ki, ABŞ prezidenti nüvə razılaşmasından çıxdığına görə impiçment edilsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2018 12:29 Asia/Baku
  • ABŞ nümayəndələr palatasının üzvü Trampın impiçment edilməsinə çağırıb

ABŞ nümayəndələr palatasının üzvü təklif edib ki, ABŞ prezidenti nüvə razılaşmasından çıxdığına görə impiçment edilsin.

Hill xəbər portalının verdiyi məlumata görə, Kaliforniya ştatının demokrat nümayəndəsi Maksin Vaters deyib:Donald Trampın impiçment edilməsi onun nüvə sazişini tərk etməsinə qarşı demokratların yeganə seçimidir.

Vaters həmçinin Amerika xalqını Trampın təkəbbürünə və özünü bəyənməsinə görə narahat olmamağa çağırıb. 

Vaters deyib: Tramp Amerikanı təcridə sürükləyir ona görə ki, Amerikanın müttəfiqləri belə Trampın nüvə sazişindən çıxmasını pisləyiblər.