ABŞ nüvə anlaşmasından çıxdı, dünya qınadı
-
Donald Tramp-ABŞ prezidenti
ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə anlaşmasından çıxmasına dair qərarı Vaşinqton ilə müttəfiqləri arasında ciddi təzadlar yaradıb.
ABŞ-ın nüvə anlaşmasından çıxması müxtəlif reaksiyalara malik olub. Amma, bundan sonra olacaqlar barədə yəni, Avropa Birliyi və İran arasındakı əməkdaşlıqların perspektivləri haqda fərqli fikirlər yürüdülür.
Misal üçün, Nyu-York Universitetinin müəllimi və yazar Daniyel Şavın qənaətinə görə, Vaşinqton Avropa Birliyi və İran arasında əməkdaşlıqların davam etməsinə habelə, İranın Asiya və Latın Amerikası ölkələri ilə əməkdaşlıqlarına müsbət yanaşmır.
“İran Asiyanın qərbində yerləşən zəngin təbii sərvətlərə malik böyük bir ölkədir. ABŞ-ın sanksiyaları İranın Çin, Rusiya və Latın Amerikası ölkələri ilə əlaqələrini daha da artırmasına səbəb olur. Bu isə bir çoxlarının o cümlədən elə Vaşinqtonu ciddi narahat edir.” – deyə Daniyel Şav bildirir.
İqtisadçı analitik Daq Henvud isə deyir: “Nüvə anlaşmasının ABŞ olmadan da davam edə biləcəyinə inanıram. Paris İqlim Anlaşmasında olduğu kimi. Əlbəttə, ABŞ olmadan nüvə anlaşmasının davam etməsi Vaşinqton üçün ciddi problem sayılır. Buna görə də ABŞ Avropanı da ayırmağa çalışacaq.”
“Bir iqtisadi cinayətkarının yeni etirafları” kitabının müəllifi Con Perkins isə Trampın sadəcə nüvə anlaşmasında deyil, digər məsələlərdə də ABŞ ilə Avropa arasında ixtilaflara yol açdığını deyir: “İranla bağlı nüvə qalmaqalı çox hiyləgərcəsinə idi. Amma, indi avropalılar nəyin bahasına olursa olsun bu anlaşmada qalmağa çalışırlar. Əgər belə olarsa nə baş verəcək? Biz amerikalılar təzadlarla dolu bir dünya ilə üzləşəcəyik. Müttəfiqlərimiz isə sadəcə Səudiyyə Ərəbistanı kimilər olacaq.”
İndi belə bir sual yaranır: “Görəsən ABŞ və Avropa arasındakı bu ixtilaflar tezliklə öz həllini tapacaq, yoxsa daha da dərinləşəcək?