AEBA-nın təftiş qrupunun sədri istefa verib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktor müavininin istefasından sonra İranın nüvə öhdəliklərinin yoxlanılması qrupunun sədri onun yerinə təyin edilib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dünən bildiribdir ki, bu agentliyin direktor müavini, həmçinin müahidə bölməsi və təftiş qrupunun sədri qəflətən öz vəzifəsindən istefa veribdir.
MAQATE-nin baş direktoru Yukiya Amano İranın nüvə öhdəliklərinin yoxlanılması qrupunun sədri Masimo Aparonu agentliyin müahidə bölməsinin başçısı təyin edibdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bir sözçüsü bu istefanın səbəbini qeyd etməkdən çəkinərək, vurğulayıbdır ki, agentliyin faktların yoxlanılması fəaliyyətləri peşəkar şəkildə həyata keçirilməkdə davam edəcəkdir.
Röyters-in məlumatına görə, bəzi ekspertlər agentliyin müahidə bölməsi müdirinin öz vəzifəsindən istefa verməsini ABŞ dövlətinin agentliyin İranın öz nüvə öhdəliklərinə sədaqətinin təsdiq olunması üzrə peşəkar fəaliyyətinə olan etinasızlığına bir etiraz kimi dəyərləndirirlər.