Fransa dövləti və şirkətləri ABŞ sanksiyalarına qarşı əməkdaşlıq edirlər
https://azeri.sahartv.ir/news/dünya-i307574-fransa_dövləti_və_şirkətləri_abŞ_sanksiyalarına_qarşı_əməkdaşlıq_edirlər
Britaniyada çıxan Qardian qəzetinin redaktoru Fransa hökumətinin və bu ölkə şirkətlərinin Amerikanın İrana qarşı sanksiyaları qarşısında əməkdaşlıq edəcəklərindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2018 14:33 Asia/Baku
  • Fransa dövləti və şirkətləri ABŞ sanksiyalarına qarşı əməkdaşlıq edirlər
    Fransa dövləti və şirkətləri ABŞ sanksiyalarına qarşı əməkdaşlıq edirlər

Britaniyada çıxan Qardian qəzetinin redaktoru Fransa hökumətinin və bu ölkə şirkətlərinin Amerikanın İrana qarşı sanksiyaları qarşısında əməkdaşlıq edəcəklərindən xəbər verib.

Qardian qəzetinin direktoru Patrik Vntour deyib: Fransanın maliyyə və xarici işlər nazirləri İranda fəaliyyət göstərən 60 şirkətlə həmin şirkətlərin ticarətini ABŞ-ın sanksiyaları qarşısında mühafizə etmək yolları barədə əməkdaşlıq aparırlar. 

Fransa öncə bildirmişdi ki, Amerikanın İranla ticarət əlaqələrinə malik olan Avropa şirkətlərinə qarşı təhdidləri eləcə də Amerikaya Alüminum və polad idxalatına tarifləri artırması Avropanı sınaq qarşısında qoyur və bu hərəkətlər qəti cavab tələb edir. 

Bu gün Rusiya və Fransa prezidentləri də telefon danışığında bu iki ölkənin İranla nüvə sazişinə sadiq qaldıqlarını vurğulayıblar.