Küveyt Ruhinca müsəlmanlarına qarşı etnik təmizləmə siyasətinin aparıldığını bildirib
May 15, 2018 21:58 Asia/Baku
Küveytin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi bildirib ki, Myanmada Ruhinca müsəlmanlarına qarşı baş verənlər etnik təmizləmədir.
Küveytin rəsmi xəbər agefntliyinin verdiyi məlumata görə, Mənsur Əl-Ətibi deyib: Raxin vilayətinin şimalında müsəlman kəndlərdə dağıntılar o qədər genişdir ki, müsəlmanlara qarşı etnik təmizləmə əməliyyatının həyata keçdiyini göstərir.
Əl-Ətibi BMT heyəti tərkibində bu kəndlərə baxış keçirdiyini bildirərək deyib: Ruhinca müsəlmanlarına qarşı baş verənlər, evlərin dağıdılması və yandırılması, ilkin insan haqlarının kobud şəkildə pozulması deməkdir.