Lavrov: Avropa iqtisadiyyatı anti-Rusiya sanksiyalarının əvəzini ödəyir
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Amerikanın anti-Rusiya sanksiyalarında məqsədi, Avropa bazarlarında iqtisadi mənfəətlər qazanmaqdır və bu, Avropanın Rusiyadakı yerini itirməsinə səbəb olacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: Amerika belə bir gerçəkliyi gizlətmir ki, "Rusiyanın təhdidi" kimi qələmə verdiyi məsələ ilə mübarizə bəhanəsilə, özünün Avropanın energetika və müdafiə sahələrindəki şirkətlərinin yerini gücləndirmək istəyir; bu oyunda Avropa məğlub tərəf olacaqdır.
Lavrov «Russian Business Guide» adlı rus jurnalla müsahibədə əlavə edib: Avropa bazarı Amerikanın bu hərəkətlərinin əvəzini ödəməyə məcburdur, zira digər ölkələrin istehsalçıları Avropa Birliyinin Rusiyadakı istehsalçılarını əvəz edəcəklər və Amerika da heç bir ziyan çəkməyəcəkdir.
Frans-Press bu gün xəbər veribdir ki, Dmitri Medvedevin baş nazir olduğu Rusiyanın yeni nazirlər kabinetində Sergey Lavrov bu ölkənin xarici işlər naziri vəzifəsində qalıbdır.