May 19, 2018 09:36 Asia/Baku
  • Çin ABŞ-a xəbərdarlıq etdi
    Çin ABŞ-a xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-a Pekinin daxili məsələlərində müdaxilə etmək haqda xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq ABŞ-a xəbərdarlıq edib ki, Vahid Çin prinsipini tapdalamaqla və Taivan separatçılarını dəstəkləməklə Çinin daxili məsələlərinə müdaxilə etmək haqqı yoxdur. 

Lu Kanq əlavə edib: Dünya Vahid Çin prinsipinə sadiqdir və ABŞ-da ona sadiq qalmalıdır. 

Çin dəfələrlə bildirib ki, Taivanın müstəqilliyini qəbul etməyəcək və bu ada bir gün müstəqilliyini elan edərsə, hərbi qüvvə ilə hücuma keçəcək. 

Çin Taivanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir. 

Teqlər