Fransada dövlət işçilərinin aksiyası zorakılığa çevrilib
Dünən Fransanın paytaxtı Parisdə keçirilən aksiya polis ilə aksiyaçılar arasında qarşıdurmaya çevrilib. Bu aksiya on minlərlə dövlət işçisinin ixtisar edilməsi layihəsinə etiraz olaraq keçirilibdir.
Medialar aksiyaçıların sayını 16 min nəfər təxmin ediblər. Onların bir qrupu mağazaların şüşələrini sındırıb və təhlükəsizlik qüvvələrinə hücum edibdir.
Xüsusi polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz işlədiblər. Bir neçə nəfər yaralanıb, bir qrup insan da həbs olunubdur. Yaralıların dəqiq sayı bəlli deyil.
Fransa dövləti 2022-ci ilədək öz işçilərinin sayını 120 min nəfərdən çox azaltmaq fikrindədir.
Bu layihə dövlət işçilərinin xüsusən hava donanmasında geniş tətili ilə yanaşı olub.
Digər tərəfdən, qısamüddətli müqavilələrin işlədilməsinin artması və orta əmək haqqının aşağı olması da ötən aylarda Fransada bir çox etirazlara səbəb olub.
Bu, Makronun prezident olmasından bəri keçirilən üçüncü ümumölkə tətilidir.
Bu ölkə mayın əvvəlində və əmək günü ilə bir vaxtda da iş və hüquq vəziyyətinə qarşı geniş aksiyaların şahidi olubdur.