Kamerun ABŞ səfirini çağırtdırıb
Kamerunun xarici işlər nazirliyi Amerika səfirinin həmin ölkənin ingilisdilli məntəqələrinin durumunu tənqid etməsinin ardınca onu çağırtdırıb.
ABŞ səfiri Peter Henri Barlerin və Kamerunun xarici işlər naziri Lojon Embella Embellanın danışıqlarının detalları açıqlanmayıb, amma məsələ Barlerinin son bəyanatına qayıdır.
Barlerin cümə günü bir bəyanatda bildirmişdi ki, Kamerun dövləti bu ölkənin ingilisdilli məntəqələrində məqsədyönlü qətllər törədir, şəxsləri ailə, Qızı Xaç və hüquqi dəstəyə əl çatmadan həbs edir, həmçinin kəndlərdə yanğın və qarətlər törədir.
Bu bəyanat ABŞ səfirinin Kamerunun prezidenti Paul Biya ilə görüşündən sonra yayılıb.
Kamerunun ingilisdilli məntəqələri 2017-ci ilin oktyabrından bəri böhran mərkəzinə çevrilibdir. Kamerunun 20 milyonluq əhalsinin iyirmi faizini təşkil edən ingilisdillilər bu ölkənin milli sərvəti və qüdrətinin bölüşdürülməsində təcrid olunmalarına etiraz edirlər.