Amerika İnstitutu Vaşinqtonun İran haqdakı strategiyasını tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i309144-amerika_İnstitutu_vaşinqtonun_İran_haqdakı_strategiyasını_tənqid_edib
ABŞ-da bir institut Vaşinqtonun İran haqda strategiyasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2018 14:26 Asia/Baku
  • Amerika İnstitutu Vaşinqtonun İran haqdakı strategiyasını tənqid edib

ABŞ-da bir institut Vaşinqtonun İran haqda strategiyasını tənqid edib.

İRNA-nın məlumatına görə, Vaşinqtonda Strateji Araşdırmalar İnstitutunun bir məqalədə ABŞ dövlət katibi Mayk Pompeonun çıxışını tənqid edərək ABŞ-ın İran haqda strategiyasını lağa qoyub. 

Bu məqalədə Pompeonun İrana qarşı 12 tələbi problemlə üzləşdirilib və bildirilib: ABŞ-ın öz strategiyasını icra etmək üçün çox az tərəfdarı var və İran üçün məhdudiyyət yarada bilməyəcək. 

Bu məlumata görə, ABŞ dövlət katibi yanlışlıqla iddia edir ki, ABŞ-ın müttəfiqləri və dostları İranın yaratdığı problemlərlə üzləşiblər. Pompeonun Avropa dostları çox azdır. 

Vaşinqtonda Strateji Araşdırmalar İnstitutu əlavə edib: Trampın nüvə sazişindən çıxması ABŞ-ı daha da təcrid edəcək və Pompeo artıq ətrafında kimsəni tapa bilməyəcək.