May 25, 2018 21:28 Asia/Baku
  • Rus gənc Britaniyanın baş nazirini lağa qoydu
    Rus gənc Britaniyanın baş nazirini lağa qoydu

Özünü Ermənistanın baş naziri kimi təqdim edən bir Rus gənc Britaniyanın baş naziri ilə 18 dəqiqə telefonla danışıb.

Britaniyanın Xarici İşlər Nazirliyi özünü Ermənistanın baş naziri olaraq təqdim edən bir rus gəncin İngiltərənin xarici işlər naziri ilə 18 dəqiqə telefonla danışmasından sonra bildirib ki, Boris Conson bu telefon danışığının yalançı olmasından agah olduqdan sonra, danışığı kəsib.

Leksus və Vovan adları ilə qeyri-adi hərəkətlər edən iki rus gənc Britaniyanın baş naziri Boris Conson ilə telefon danışıqlarının audio-yazısını internetdə paylaşıblar. Bu audio-yazıda özünü Ermənistanın baş naziri kimi təqdim edən rus gənc Boris Conson ilə Britaniya dövlətinin Putin və Rusiya ilə rəftarları habelə, Rusiyanın Britaniyada bir rus casusu zəhərləməsi barədə 18 dəqiqə müddətinə söhbət edir. Özünü Nikol Paşinyan kimi təqdim edən bu gənc ilə telefon danışığında Britaniyanın baş naziri Boris Conson ilk olaraq onu Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edir və ona Rusiya və Qərbin istəkləri qarşısında balans yaratmaqda kömək edəcəyini deyib.

Daha sonra Rusiyanın Britaniyada rus casusu zəhərləməsi məsələsini ortaya atan yalançı Paşinyan zarafatla Rusiyanın onu da zəhərləməyəcəyinə ümidvar olduğunu deyib.

Boris Conson isə London və Moskva əlaqələrinin yaxşılacağına ümidvar olduğunu deyir. Amma, yenə də rus casusun zəhərlənməsində Rusiyanın əli olduğuna inandığını söyləyir.

Teqlər