May 28, 2018 11:07 Asia/Baku
  • İtaliyada siyasi dalan
    İtaliyada siyasi dalan

İtaliyanın baş nazirliyinə təqdim olunmuş şəxs hökumət formalaşdırmaq üçün aldığı mandatı geri qaytarıb.

İtaliyanın baş nazirliyinə təqdim olunmuş Cüzeppe Konte nazirlər kabinetinin tərkibi barədə bu ölkənin prezidenti ilə olan fikir ayrılığına görə, vəzifəsindən kənara çəkilib.

Beləliklə, İtaliya bir daha siyasi dalana dirənib. "Şimal Liqası" partiyası və "Beş ulduz" hərəkatı tərəfindən İtaliyanın baş naziri kimi seçilmiş Cüzeppe Konte bu işdən vaz keçibdir.

Cüzeppe Konte deyib: Mən İtaliyanın prezidenti Sergio Mattarellanın dəyişiklik hökumətini formlaşdırmaq üçün mənə həvalə etdiyi mandatdan vaz keçirəm.

Bu yeni böhranın yaranmasının dəlili budur ki, Mattarella Paulo Savonanı iqtisadiyyat naziri kimi qəbul etməyibdir. İtaliya prezidentinin nöqteyi-nəzərincə, Savona Avropa barədə son dərəcə bədbin baxışlara malikdir.

Mattarella bu barədə belə deyib: Mənim istəyim bu idi; iqtisadiyyat naziri vəzifəsinə elə bir şəxs seçilmiş olsun ki, əksər hallarda koalisiya tərəfindən irəli sürülən və İtaliyanın avro məntəqəsindən çıxması ilə nəticələnə biləcək mövqeyi himayə etməsin.

Prezidentin bu qərarı tez bir zamanda koalisiyaya daxil olan iki partiyanın hiddətini doğurubdur. Şimal Liqası partiyasının rəhbəri Matteo Salvini bu qənaətdədir ki, Mattarella öz qanuni ixtiyarlarını aşıbdır.

Hökumətin təşkili üçün koalisiya yaratmış  "Şimal Liqası" partiyası və "Beş ulduz" hərəkatı bir həftə bundan öncə Cüzeppe Konteni baş nazir kimi təqdim etdilər. Bu partiyalar hazırda yeni parlament seçkilərinin keçirilməsini istəyirlər. Mattarella bildirib ki, bu təklifi araşdırıbdır. Seçkilərin keçiriləcəyi zamanadək işlərin idarə edilməsi üçün müvəqqəti hökumət yaradılmalıdır.

Teqlər