Amerikalı konqresmen Ərəbistanın Yəməndə sivil əhalini qırğın etməsinə dəstəyi qınadı
https://azeri.sahartv.ir/news/dünya-i310066-amerikalı_konqresmen_Ərəbistanın_yəməndə_sivil_əhalini_qırğın_etməsinə_dəstəyi_qınadı
ABŞ Konqresinin üzvü ölkəsinin Yəməndə sivil əhalini qırğın etməsi üçün Ərəbistana silah yardımları etməsini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2018 07:16 Asia/Baku
  • Amerikalı konqresmen Ərəbistanın Yəməndə sivil əhalini qırğın etməsinə dəstəyi qınadı
    Amerikalı konqresmen Ərəbistanın Yəməndə sivil əhalini qırğın etməsinə dəstəyi qınadı

ABŞ Konqresinin üzvü ölkəsinin Yəməndə sivil əhalini qırğın etməsi üçün Ərəbistana silah yardımları etməsini qınayıb.

İRİB-nin verdiyi məlumata görə, Kaliforniya Ştatından konqresmen Ted Leu çərşənbə günü ABŞ-ın Nümayəndələr Məclisinin Xarici İşlər Komitəsinin dövlət katibi Mayk Pompeonun iştirakı ilə keçirilən dinləmə iclasında deyib: ABŞ Yəmən müharibəsində Ərəbistanın başçılıq etdiyi koalisiyaya silah verməklə Yəməndə mülki əhalinin kütləvi şəkildə qırğın edilməsində iştirak edir. 

Ted Leu həmçinin deyib: Ərəbistan koalisiyasının Yəməndə bombardman etdiyi hədəflər hətta, hərbi hədəflərə belə yaxın ərazilər sayılmır. Buna görə də hələ ötən sentyabr ayına kimi Yəməndə 5 mindən çox mülki qətlə yetirilib. 

Ted Leu ABŞ-ın Yəməni bombalayan təyyarələri yanacaqla təmin etdiyini desə də, dövlət katibi Mayk Pompeo bu barədə heç bir məlumatı olmadığını deyib.