İŞİD əfqanıstandakı terror aktının məsuliyyətini öz üzərinə götürüb
May 30, 2018 19:30 Asia/Baku
-
İŞİD əfqanıstandakı terror aktının məsuliyyətini öz üzərinə götürüb
İŞİD terror qrupu Əfqanıstan Daxili İşlər Nazirliyinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Röytersin verdiyi məlumata görə, bu gün silahlı hücumçular Kabil şəhərinin 15-ci rayonunda Əfqanıstan Daxili İşlər Nazirliyinin yeni binasına basqın ediblər, Əfqanıstan təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən toqquşmada 6 hücumçunun hamısı öldürülüb.
Toqquşmada bir əfqan polis və bir nəfər mülki də xəsarət alıb.
Əfqanıstanın Lugər vilayətinin Pol Ələm şəhərinin polis qərargahı binasında törədilən bomba partlayışı isə 9 nəfərin ölümü ilə nəticələnib. Bu hücumun məsuliyyətini taliblər öz üzərinə götürüb.