Ş.Koreya lideri nüvə tərksilahına sadiq olduğunu bildirib
Şimali Koreyanın rəhbəri Pxenyana səfər etmiş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdə Koreya yarımadasının nüvə silahlarından təmizlənməsinə dair öhdəliyindən danışıb.
Kim Çen In dünən gecə Sergey Lavrov ilə görüşdə deyib: Regionda bəzi qeyri-konstruktiv hərəkətlərə rəğmən, Pxenyanın Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi üzrə təmayülü öz qüvvəsində qalmaqdadır.
Şimali Koreya rəhbəri ümidvarlıq edibdir ki, ixtilaflar etaplarla aradan qaldırılacaq, problemlərin həlli konstruktiv dialoqlardan bəhrələnmə ilə müyəssər olacaqdır.
Lavrov da bu görüşdə Moskvanın iki Koreya arasındakı razılaşmaların icrası istiqamətində həmkarlığa hazır olduğunu bildirib. O, Şimali Koreya rəhbərini Rusiyaya səfərə dəvət edib. Dəvət Pxenyan liderinin rəğbəti ilə üzləşib.
Şimali Koreya rəhbəri ilə Rusiya xarici işlər nazirinin görüşü Pxenyan ilə əlaqələrin yaxşılaşdırılması və regionda gərginliklərin azaldılması istiqamətində həyata keçib.
Şimali Koreyanın rəhbəri aylarla təxminlərdən sonra iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşməlidir.
Ağ Ev rəsmi Pxenyandan bütün nüvə proqramlarını dayandırmasını tələb edir. Analitiklər isə bu qənaətdədirlər ki, rəsmi Pxenyan yetərincə təhlükəsizlik zəmanətləri almayınca, belə bir addım atmayacaqdır.
Şimali Koreya rəhbərinin fikirləri ABŞ dövlət katibinin mətbuat konfransından az sonra dilə gətirilibdir.
Mayk Pompeo Amerikaya səfər etmiş Şimali Koreyanın yüksək vəzifəli nümayəndə heyəti ilə görüşdən sonra demişdi ki, Ağ Evin son məqsədi, Koreya yarımadasının nüvə silahlarından təmizlənməsidir.
İki Koreyanın əlaqələri ötən həftələrdə yaxşılaşmağa doğru irəliləyib və gözlənilir ki, bu proses sülh müzakirələrinin başlanması ilə davam edəcəkdir.