İyun 01, 2018 12:14 Asia/Baku
  • Fransa: ABŞ-ın Avropadan polad idxalına tarifləri artırması qəbuledilməzdir
    Fransa: ABŞ-ın Avropadan polad idxalına tarifləri artırması qəbuledilməzdir

Fransanın xarici işlər naziri ABŞ-ın Avropa, Kanada və Meksikadan polad idxalına tarifləri artırmasını qəbuledilməz adlandırıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian cümə axşamı günü gecə deyib: Amerikanın Avropa, Kanada və Meksikadan polad və alüminium idxalına tarifləri artırması rəhmsizcəsinə və qəbuledilməzdir.

Le Drian bildirib ki, Avropa Birliyi də müvafiq cavab addımları atacaqdır.

Fransanın prezidenti Emmanuel Makron da cümə axşamı günü ABŞ dövlətinin yeni qərarını hər bir halda yanlış qərar adlandırıb, zira Ağ Ev beynəlxalq səhnədə hazırkı müvazinətlərin olmamasına nail olmaq üçün ən pis metodu, yəni iqtisadi millətçiliyi seçibdir.

Makron əlavə edib: Millətçilik də savaş deməkdir. Bu, ötən əsrin otuzuncu illərində baş vermiş hadisənin özüdür.

Amerika dövləti bu gündən etibarən polad və alüminium idxalatının tariflərini artıraraq, müvafiq olaraq, 10 və 25 faizə çatdırıbdır. Bu qərarın bildirilməsinin ardınca Kanada, Meksika və Avropa Birliyi ölkələri də cavab tədbirlərindən xəbər verərək, kiçik bir dünya ticarət müharibəsinə doğru hərəkət ediblər.

 

Teqlər