Çin və AB nüvə anlaşmasının qorunmasını vurğulayıblar
-
Çin və AB nüvə anlaşmasının qorunmasını vurğulayıblar
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi və Çin xarici işlər naziri İranla nüvə anlaşmasının qorunmasını vurğulayıblar.
Çin xarici işlər naziri Van Yi bu gün Brüsseldə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini ilə görüşdə deyib ki, Çin nüvə anlaşmasının qorunmasında inamla addımlayacaq.
Van Yi əlavə edib: Nüvə anlaşması BMT tərəfindən təsdiq olunub və bütün tərəflər onun icra olunmasına borcludurlar.
Moqerini də Çinin mövqeyini alqışlayıb və deyib ki, Pekin, Avropa Birliyi və anlaşmanın digər tərəfləri tam ahəngdarlıqla bu anlaşmanı qorumağa çalışırlar.
ABŞ prezidenti mayın 8-də İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və nüvə sanksiyalarının qarşıdakı altı ayadək geri dönəcəyini elan etdi.
Trampın bu hərəkəti daxili və beynəlxalq səviyyələrdə geniş surətdə pislənildi.