İyun 01, 2018 21:30 Asia/Baku
  • Əfqanıstanın Bamiyan vilayətinin əhalisi aksiya keçirib
    Əfqanıstanın Bamiyan vilayətinin əhalisi aksiya keçirib

Əfqanıstanın Bamiyan vilayətinin əhalisindən minlərlə nəfər bu ölkənin mərkəzində aksiya keçirib. Aksiyaçılar Əfqanıstan prezidentinin həyat yoldaşının bu ölkə seyidlərinə qarşı hörmətsizliyinə etiraz ediblər.

Aksiyaçılar Əfqanıstan prezidentinin həyat yoldaşı Rula Qəninin "Seyidlər bir qövm deyil, ictimai bir təbəqədir" ifadəsini pisləyib və onu bu qövmə qarşı aşkar hörmətsizlik adlandırıblar. Onlar Rula Qəninin şəklini yandırıblar.

Sayı 7 mindən çox olan aksiyaçılar Əfqanıstan hökumətini qövmlərə qarşı çıxmaqda və ölkədəki etnosları rədd etməkdə ittiham ediblər. Onlar Rula Qənidən istəyiblər ki, Əfqanıstandakı bütün seyidlərdən rəsmən üzr istəsin.

Etirazçılar bildiriblər: Nə qədər ki, Rula Qəni öz məsuliyyətsiz sözlərinə görə üzr istəməyib və Əfqanıstan hökuməti bu qövmün adını elektron şəxsiyyət vəsiqələrində və bu ölkənin əsas qanunda qeyd etməyib, seyidlər bu ölkə boyu aksiya keçirəcəklər.

Teqlər