Tramp Bin Ladenə bənzədilib
-
Tramp Bin Ladenə bənzədilib
ABŞ konqresinə qarşıdakı seçkilərə demokrat namizəd bu ölkə prezidentini Əlqaidə qrupunun öldürülmüş başçısı Üsamə bin Laden kimi təhlükəli adlandırıb.
Amerika konqresinin ara seçkilərinə demokrat namizəd Den Helmer öz seçki videosunda ABŞ prezidenti Donald Trampı Üsamə bin Laden ilə müqayisə edərək, deyib ki, Bin Laden və Trampın hər ikisi Amerika demokratiyası üçün eyni təhdid sayılırlar.
Den Helmer prezident daxil olmaqla heç kəsin qanundan yuxarı ola bilməyəcəyini bildirərək, əlavə edib: 11 sentyabr terror əməliyyatından sonra Amerika demokratiyası üçün ən böyük təhlükə Ağ Evdə yaşayır.
Den Helmer Virciniya ştatındakı seçki dairələrinin birində Amerika konqresinin ara seçkilərinə demokrat namizəddir. Amerika konqresinin ara seçkiləri iyunun 12-də keçiriləcək.