İyun 04, 2018 17:44 Asia/Baku
  • ABŞ-da silahlı zorakılıqlara qarşı ümumölkə aksiyalar
    ABŞ-da silahlı zorakılıqlara qarşı ümumölkə aksiyalar

Odlu silahla həyata keçən zorakılıq hallarından təngə gələn amerikanlar ABŞ-ın müxtəlif şəhərlərində etiraz aksiyaları keçiriblər.

PressTv-nin verdiyi məlumata görə, silahla zorakılıq hallarından bezmiş amerikalılar həftə sonu tətillərdə müxtəlif şəhərlərdə aksiyalar keçiriblər . " Odlu silahlarla zorakılıq halları barədə məariflənmə günü" adı altında keçirilən bu ümumölkə aksiyalar hər il Amerika boyu təkrar olur. 

ABŞ paytaxtı Vaşinqtonun yaxınlığında yerləşən Virciniya narıncı geyimlilərin silah zorakılıqlarına qarşı aksiyalarına şahidlik edən şəhərlərdən biri olub. Bu şəhər silah zorakılığına qarşı aksiyaların şahidi olan amerikanın yüzlərlə şəhərindən sadəcə biridir. Amerikanın müxtəlif şəhərlərində on minlərlə insan odlu silahlardan istifadəyə daha sərt qanunların tətbiq edilməsini istəyir ona görə ki, bu silahlar nəticəsində həyatını itirən və yaxud yaralanan insanların sayı azalsın. 

Orta hesabla hər gün Amerikada odlu silahlardan açılan atəş nəticəsində 96 nəfər həyatını itirir.

Amerikada hər gün odlu silahdan 3000 atəş açılır və çoxlu sayda insanın yaralanmasına da səbəb olur. 

Hər il Amerikada orta hesabla 35 min insan odlu silahın hədəfinə çevrilərək ölür və 80 min nəfər də yaralanır. 

Etiraz aksiyalarının iştirakçıları ümidlərini itiriblər ona görə ki, Donald Tramp hökuməti eləcə də Konqresin respublikaçı nümayəndələri odlu silahdan istifadə nəticəsində baş verən zorakılıq hallarının qarşısını almaq üçün heç bir tədbir görmək istəmirlər.

Teqlər