Tramp və Kim Çen Inın görüşünün vaxtı elan olundu
İyun 05, 2018 10:51 Asia/Baku
-
Tramp və Kim Çen Inın görüşünün vaxtı elan olundu
Ağ Ev sözçüsü bildirib: ABŞ prezidenti və Şimali Koreya liderinin ilk iclasının 12 iyunda keçiriləcəyini bildirib.
İRİB-in məlumatına görə, Ağ Ev sözçüsü Sara Sanders jurnalistlərə deyib: ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın ilk iclası 12 iyun Sinqapur vaxtı ilə səhər saat 9-da keçiriləcək.
Sanders deyib: Tramp Şimali Koreya haqda gündəlik məlumatlar alır.
Ağ Ev sözçüsü əlavə edib: Tramp və Kim Çen Inın görüşünün proqramlaşdırılmasına rəğmən Şimali Koreyaya maksimum təzyiq siyasəti dəyişməyib.
Kim Çen In və Donald Tramp Koreya yarımadasında gərginliklərin azaldılması üzrə səylər çərçivəsində Sinqapurda bir araya gələcəklər.