Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin mövqeyinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i311158-alman_siyasətçilər_abŞ_ın_berlindəki_səfirinin_mövqeyinə_reaksiya_verib
Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin Almaniya şirkətlərinin İradakı fəaliyyəti ilə bağlı açıqlamasına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 12:56 Asia/Baku
  • Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin mövqeyinə reaksiya verib
    Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin mövqeyinə reaksiya verib

Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin Almaniya şirkətlərinin İradakı fəaliyyəti ilə bağlı açıqlamasına etiraz ediblər.

Döyçe Vole İnformasiya portalının məlumatına görə, ABŞ-ın Berlindəki səfiri Riçard Gernel yenilərdə müdaxiləkar mövqedə Almaniya şirkətlərindən İranla əməkdaşlığa son qoymalarını istəyib.

Almaniya Sosial Demokrat Partiyasının sədri Andrea Nals bu barədə deyib: Riçard Gernelin diplomatiya məsələləri üzrə təlim almağa ehtiyacı vardır.

Sosial-Demokrat partiyasının sabiq lideri Martin Şülts də deyib: ABŞ-ın Berlindəki yeni səfirinin davranışı daha çox müstəmləkəçi qüdrətə aid radikal sağçı zabitin davranışına bənzəyir.