Londonda anti-sionist yürüş
https://azeri.sahartv.ir/news/dünya-i311234-londonda_anti_sionist_yürüş
Londonda yüzlərlə adam dünən sionist rejimin cinayətlərinə qarşı yürüş keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 04:02 Asia/Baku
  • Londonda anti-sionist yürüş
    Londonda anti-sionist yürüş

Londonda yüzlərlə adam dünən sionist rejimin cinayətlərinə qarşı yürüş keçirib.

İRNA-nın verdiyi məlumata görə, Britaniya baş nazirlik binası qarşısından start götürən və parlament binasınadək davam edən yürüşdə iştitrakçılar Fələstin bayrağını daşıyıblar və sionist rejimin cinayətlərini pisləyən, bu rejimə silah satışını pisləyən şüarlar səsləndiriblər. 

Yürüşdə " İsrailə ölüm, yaşasın Fələstin", " İşğalçılığa son qoyun" kimi şüarlar səsləndirilib. 

Yürüş iştirakçıları həmçinin üzərində "İsrail irqçi rejimdir", "Fələstini azad edin" , "İsrailə silah dəstəyini dayandırın" və "Ədalət naminə Fələstinə dəstək olun" kimi şüarlar yazılmış plakatlar daşıyıblar. 

Etiraz yürüşü, sionist rejimin baş naziri Benyamin Netanyahunun sabah üçün gözlənilən London səfəri ərəfəsində baş tutub.