İyun 08, 2018 09:36 Asia/Baku
  • Meksika ABŞ-ın NAFTA sazişi müzakirələri haqda mövqeyinə reaksiya verib
    Meksika ABŞ-ın NAFTA sazişi müzakirələri haqda mövqeyinə reaksiya verib

Meksikanın iqtisad naziri Ağ Evin iqtisasdi məsələlər üzrə müşavirinin açıqlamasına cavabda deyib: Şimali Amerika Azad Ticarət Sazişi müzakirələri üçtərəfli olacaq.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Meksikanın iqtisad naziri İldefonso Guajardo Ağ Evin iqtisadi məsələlər üzrə müşavirinin Şimali Amerika Azad Ticarət Sazişi (North American Free Trade Agreement - NAFTA) müzakirələrinin ayrı-ayrı şəkildə aparılması haqda açıqlamasını tənqid edərək bildirib: Bu saziş Meksika üçün çox dəyərlidir və Kanada investorları da bu haqda üçtərəfli müzakirələri müsbət qarşılayıblar. 

Guajardo deyib: ABŞ prezidenti Kanada və Meksika ilə NAFTA sazişi haqda üçtərəfli müzakirələri elan etməklə və üçtərəfli müzakirələrdən çəkinməklə bu saziş haqda fərqli strategiyanı izləyir. 

ABŞ-ı NAFTA sazişindən çıxarmaqla bağlı Trampın təhdidləri həmin sazişi problemlə üzləşdirib. 

Şimali Amerika Azad Ticarət Sazişi 1994-cü ildən üzv ölkələr arasında ticarəti sadələşdirmək məqsədilə icra olunub. 

Teqlər