İyun 09, 2018 08:58 Asia/Baku
  • Ceyms Matiz - ABŞ-ın müdafiə naziri
    Ceyms Matiz - ABŞ-ın müdafiə naziri

ABŞ-ın müdafiə naziri ölkəsinin Suriyadakı hərbi iştirakının davam edəcəyini bildirib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Ceyms Matiz Şimali Atlantika Alyansı NATO-nun Brüsseldəki qərargahında təşkil edilmiş iclasda deyib: Amerikan koalisiyasının İŞİD əleyhinə savaşın başa çatmasından dərhal sonra Suriyanı tərk etməsi strateji səhv olar. 

ABŞ prezidenti Donald Tramp bir müddət öncə ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını istəmişdi. 

Bu məlumata görə, ABŞ Suriyanın Münbiç şəhərinin ətrafında yerləşən Dadat şəhərinin şimalında iki hərbi baza yaratmaqla məşğuldur. 

ABŞ ötən illərdə terrorizmlə mübarizə bəhanəsi ilə Suriyada sivil əhali və ordu qüvvələrini intensiv şəkildə hədəfə almaqla məşğu olub.

Suriya hökuməti ABŞ-ın bu ölkədəki hərbi iştirakını işğalçılıq və milli hakimiyyətin pozulması kimi dəyərləndirir. 

Teqlər